Qətərin paytaxtı Dohada Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında Qarşılıqlı Pul Mübadiləsi müqaviləsi bağlanıb. Qətərin paytaxtı Dohada Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında Qarşılıqlı Pul Mübadiləsi müqaviləsi bağlanıb.

Qətərdən Türkiyəyə ilk investisiya qoyuldu

Qətərin paytaxtı Dohada Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında Qarşılıqlı Pul Mübadiləsi müqaviləsi bağlanıb.

AzNews.az “Anadolu Ajansı” informasiya agentliyinə istinadən bildirir ki, Qətərin Türkiyəyə 15 milyard dollar dəyərində sərmayə yatırımı paketinin ilk addımı atılıb.

Müqavilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının rəhbəri Murat Çetinkaya və Qətər Mərkəzi Bankının müdiri Abdulla ibn Səud Əl-Sani tərəfindən imzalanıb.

Qətər Mərkəzi Bankının ümumi şöbəsində baş tutmuş tədbirdə hər iki ölkədən səlahiyyətli nümayəndələr iştirak ediblər.

Anlaşamaya əsasən, iki ölkə arasında milli valyuta ilə ticarət aparılması və maliyyə sabitliyinin dəstəklənməsi gündəmə gətirilib.

Müqavilənin birinci mərhələsində istifadə olunacaq mənbənin üç milyard dollar olması gözlənilir.

Nurlan AĞA
AzNews.az