Fransanın "Total" neft şirkəti İranı tərk edib. Fransanın "Total" neft şirkəti İranı tərk edib.

“Total” İrandan getdi

Fransanın "Total" neft şirkəti İranı tərk edib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".

Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.

AzNews.az