ABŞ-ın Demokratlar partiyasına mənsub senatorlardan olan Cek Rid prezident Donald Trampın dünya ölkələrinə tətbiq etdiyi sanksiyalarla bağlı münasibət bildirib. ABŞ-ın Demokratlar partiyasına mənsub senatorlardan olan Cek Rid prezident Donald Trampın dünya ölkələrinə tətbiq etdiyi sanksiyalarla bağlı münasibət bildirib.

Trampa sərt ittiham: “Onun heç bir strateji planı yoxdur”

ABŞ-ın Demokratlar partiyasına mənsub senatorlardan olan Cek Rid prezident Donald Trampın dünya ölkələrinə tətbiq etdiyi sanksiyalarla bağlı münasibət bildirib.

AzNews.az xarici mətbuata istinadən yazır ki, senator Trampın bütün bu olanları planlı şəkildə etmədiyini iddia edib. O, “Trampın strateji bir planı olduğuna inanmıram, onun elədikləri hücumdan başqa bir şey deyil” – deyə, vurğulayıb.

Cek Rid ABŞ prezidentinin bu davranışlarını mənasız olaraq qiymətləndirərək, Çinə və ya digər ölkələrə sanksiyalarla təhdid yağdırmaqdansa, nə istədiyini açıq şəkildə deməsi gərəkdiyini qeyd edib.

Nurlan AĞA
AzNews.az