Okeanlar bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub. Okeanlar bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.

Planetimiz təhdid içində - Viruslarla gələn TƏHLÜKƏ

Okeanlar bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.

AzNews.az-ın məlumatına görə, Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər.

Bergen Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticəsi göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir.

Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.