Yunanıstanın baş naziri Aleksis Çipras ölkənin böhran vəziyyətindən çıxması ilə bağlı sevinc dolu açıqlama verib. O, bundan sonra Yunanıstanı daha yaxşı günlərin gözlədiyini bildirib. Yunanıstanın baş naziri Aleksis Çipras ölkənin böhran vəziyyətindən çıxması ilə bağlı sevinc dolu açıqlama verib. O, bundan sonra Yunanıstanı daha yaxşı günlərin gözlədiyini bildirib.

Yunanıstan böhrandan çıxdı, Çipras çırtıq çaldı

Yunanıstanın baş naziri Aleksis Çipras ölkənin böhran vəziyyətindən çıxması ilə bağlı sevinc dolu açıqlama verib. O, bundan sonra Yunanıstanı daha yaxşı günlərin gözlədiyini bildirib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, doqquz ildir davam edən iqtisadi böhrandan sonra baş nazir qələbə ifadələrini dilə gətirib. “Bu gün ölkəmizdə yeni bir Günəş doğur. Bu gün tarixi bir gündür. Nəhayət ki, xilasetmə paketləri, qənaət siyasəti, tənəzzül və ictimai yoxsulluq sona çatdı” – deyə, A.Çipras vurğulayıb.

Ölkənin yenidən öz gələcəyini müəyyən etmək hüququ qazandığını qeyd etmiş baş nazir uzun illər ərzində davam edən prosesi bədii şəkildə ifadə edib. O, 2010-cu ildən bəri böhran vəziyyətində olan Yunanıstanın “Odisseya” dastanına bənzər bir durum yaşadığını bildirib. Tanınmış yunan şairi Homerin əsəri olan “Odisseya”dakı Odisseyin 10 ildən sonra ölkəsinə qayıtmasına diqqəti çəkmiş Çipras zəfər açıqlamasını da məhz həmin qəhrəmanın qayıdıb gəldiyi İthaka adası ilə üzbəüz yerdə verib.

Nurlan AĞA
AzNews.az