Britaniyanın yeni xarici işlər naziri ABŞ-a edəcəyi rəsmi səfərdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları artırması iddiası ilə çıxış edəcək. Britaniyanın yeni xarici işlər naziri ABŞ-a edəcəyi rəsmi səfərdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları artırması iddiası ilə çıxış edəcək.

Britaniyanın yeni naziri Rusiyanı hədəfə aldı

Britaniyanın yeni xarici işlər naziri ABŞ-a edəcəyi rəsmi səfərdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları artırması iddiası ilə çıxış edəcək.

AzNews.az xəbər verir ki, yeni nazir Ceremi Hantın Vaşinqtondakı çıxışının mətni “Sputniknews” informasiya agentliyinə daxil olub.

Mətndə bildirilir ki, C.Hant köhnə agent Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı ABŞ-ın Rusiyaya göstərdiyi münasibəti Aİ-dən də gözlədiyini açıqlayacaq. Nazirə görə, Rusiyaya tətbiq olunacaq sanksiyalar zəhərlənmə olayından tutmuş Krım məsələsinə qədər bir sıra pozuntulara cavab olaraq dəyərləndiriləcək.

Həmçinin, o, Vladimir Putinin prezidentliyi dövründə Rusiyanın xarici siyasətinin dünyanı daha təhlükəli bir hala gətirdiyini də vurğulayacaq.

Nurlan AĞA
AzNews.az