Google şirkətini məhkəməyə veriblər. Bəs səbəb nədir? Google şirkətini məhkəməyə veriblər. Bəs səbəb nədir?

"Google"u məhkəməyə verdilər - Səbəb?

Google şirkətini məhkəməyə veriblər. Bəs səbəb nədir?

AzNews.az Technote-ə istinadən xəbər verir ki, Kaliforniyanın San Dieqo şəhər sakini Napoleon Patacsil Google şirkətini qanunsuz olaraq Android və iOScihaz istifadəçilərinin yerləşdikləri yerləri izləməklə günahlandıraraq şirkəti məhkəməyə verib. Məhkəmə iddiasında qeyd edilib ki, Location History funksiyasının deaktiv olunmasından sonra şirkətin öz istifadəçilərini izləməməsi iddiası vasitəsilə Google hamını aldadır.

Belə ki, bu məlumat heç doğru deyil və Location History funksiyasının deaktiv olunmasından sonra da Google şirkəti istifadəçilərin yerləşdikləri yerləri izləyir. Napoleon Patacsil ümid edir ki, gələcəkdə bu məhkəmə iddiası kollektiv xarakter daşıyacaq və digər insanlar da öz narazılıqlarını bu şəkildə bildirəcəklər. Patacsil isə öz növbəsində özünə mənəvi zərərin vurulması və konfidensiallıq üzrə Kaliforniya qanunvericiliyinin pozulması üzrə Google şirlətindən təzminat tələb etmək niyyətindədir. Onun hansı miqdarda təzminat tələb edəcəyi barəsində heç bir məlumat yoxdur.