Gələn həftə Facebook sosial şəbəkəsi Android əməliyyyat sistemi üzərindən çalışan smartfonunu təqdim edəcək. Gələn həftə Facebook sosial şəbəkəsi Android əməliyyyat sistemi üzərindən çalışan smartfonunu təqdim edəcək.

Facebook smartfonları

Gələn həftə Facebook sosial şəbəkəsi Android əməliyyyat sistemi üzərindən çalışan smartfonunu təqdim edəcək.



Şirkət jurnalistləri "Come See Our New Home On Android" (Gəlin və bizim Androiddəki evimizi görün) adlı təqdimat mərasiminə dəvət edib. Təqdimat aprelin 4-də keçiriləcək. Şirkət özü yeni smartfon barədə məlumatı, hələ ki, gizlətsə də, etibarlı mənbələr bildiriblər ki, bu təqdimatda Android əməliyyat sisteminin Facebook-a inteqrasiya edən modifikasiya olunmuş versiyası təqdim olunacaq. Əməliyyat sistemi HTC şirkətinin istehsalı olan aparatda təqdim olunacaq.

TechCrunch saytı da iddia edir ki, burada xüsusilə Facebook üçün hazırlanmış smartfon nümayiş olunacaq.

AzNews.az