Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) son dönəmlər FETÖ-çülərə qarşı həyata keçirdiyi sərhəddənkənar əməliyyatlara birini də əlavə edib. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) son dönəmlər FETÖ-çülərə qarşı həyata keçirdiyi sərhəddənkənar əməliyyatlara birini də əlavə edib.

Türk kəşfiyyatı inanılmaz əməliyyat keçirdi - Əsədə sığınan terrorçu Suriyadan gətirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) son dönəmlər FETÖ-çülərə qarşı həyata keçirdiyi sərhəddənkənar əməliyyatlara birini də əlavə edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriya hərbi kəşfiyyatından aldığı əmrlə Reyhanlı hücumunu təşkil etmiş Yusif Nazikin Lazkiya şəhəri mərkəzində olduğu bilindikdən sonra MİT əməliyyata başlayıb.

Çoxdandır izlənilən və Suriya rejimi tərəfindən qorunan terrorçu əməliyyat nəticəsində yaxalanıb.

MİT-in əməliyyat keçirdiyi 400 min nəfərlik Lazkiya şəhəri mərkəzi Türkiyə sərhəddindən 80-90 km uzaqlıqda yerləşir.

Tartusun mühafizəsi baxımından strateji dəyərə malik olan bölgə rejim əsgərləri və kəşfiyyat birliklərinin nəzarətindədir. Həmçinin bura Suriya rejiminə yaxın ünsürlər tərəfindən radarlarla izlənilir.

Qeyd edək ki, MİT bu əməliyyatda xaricdən dəstək almadığını açıqlayıb.

Nurlan AĞA
AzNews.az