Keçmiş rus agent Sergey Skripal və qızının İngiltərədə zəhərlənməsinə bənzər daha bir hadisə Almaniyada qeydə alınıb. Keçmiş rus agent Sergey Skripal və qızının İngiltərədə zəhərlənməsinə bənzər daha bir hadisə Almaniyada qeydə alınıb.

Skripal skandalı Almaniyada təkrar olundu – Son dəqiqə

Keçmiş rus agent Sergey Skripal və qızının İngiltərədə zəhərlənməsinə bənzər daha bir hadisə Almaniyada qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvadan Berlinə göndərilmiş “Pussy Riot” pank-rok qrupunun üzvü Pyotr Verzilovun sinir sisteminə dağıdıcı təsir göstərən maddə ilə zəhərləndiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan qrupun Twitter mikrobloqunda bir müddət əvvəl 30 yaşlı aktivistin zəhərlənmiş ola biləcəyi deyilirdi.

P.Verzilov bu iyulun 15-də keçirilmiş Dünya Kubokunun final matçında üç qadın aktivistlə birlikdə nümayiş keçirmişdi.

Qeyd edək ki, rusiyalı aktivist ölkədəki insan haqları pozuntularını işıqlandıran “Mediazona” xəbər saytının yayımçısıdır.

Nurlan AĞA
AzNews.az

image description image description