Qladiatorları ilə məşhur Qədim Romanı heç belə düşünməmişik. Oxuduqca heç bir anlam verə bilməyəcəyiniz bu adətlər ürəyinizi bulandıra bilər. Qladiatorları ilə məşhur Qədim Romanı heç belə düşünməmişik. Oxuduqca heç bir anlam verə bilməyəcəyiniz bu adətlər ürəyinizi bulandıra bilər.

Arxalarını ağacla təmizləyir, uzanıb yemək yeyirdilər - Qədim Romanın iyrənc "mədəniyyəti"

Qladiatorları ilə məşhur Qədim Romanı heç belə düşünməmişik. Oxuduqca heç bir anlam verə bilməyəcəyiniz bu adətlər ürəyinizi bulandıra bilər.

AzNews.az Qədim Romalıların bəzi adətlərini təqdim edir:

Tualet kağınıza alternativ çubuq
Qədim Romada insanlar ağ geyimlərini təmiz tutmaq üçün bir çox fədakarlıqlar edirdilər. Hər kəsin evində özünə məxsus tualet olmadığı üçün ümumi tualetlərdən istifadə olunurdu. Hansı ki, bu tualetlərdə ayrı-ayrı kabinlər yox idi. İnsanlar daşın üzərində açılmış yerlərə oturaraq, təlabatlarını ödəyirdilər. İşləri bitdikdən sonra tualet kağızı yerinə həmin daşların yanından asılmış “xylospongium” adını verdikləri ucunda süngər olan çubuqlarla təmizlənirdilər. İstifadə etdikdən sonra həmin çubuqları qarşılarındaki suya tutduqdan sonra yerində asırdılar. Başa düşdüyünüz kimi hərkəs eyni çubuqdan istifadə edirdi.

Küçələrdəki nəcislər

Qədim Romada kanalizasiya sistemi olsa da, bundan sadəcə küçədəki suları axıtmaq üçün nəzərdə tutulurdu. Evlərdə tualet olmadığından bəzi insanlar ümumi tualetlər yerinə evdə xüsusi qablardan istifadə edirdilər. Qablar dolduğu zaman da içindəki nəcisləri küçələrə tökürdülər. Buna görə də küçələrdən “gül iyi gəlirdi” - demək mümkün deyil.

Sidiklə yuyulan paltarlar

Qədim romalılar həm də çox qənaətcil insanlardı. Onlar nəcislərindən gübrə, sidiklərindən isə paltar yumaq üçün istifadə edirdilər. Qədim dövlərin ilk “domestos”-u romalılar tərəfindən kəşf olunan sidik idi.
Qədim Romalıların damaq zövqləri çox fərqli idi

Qədim romalıların çox fərqli damaq zövqlərinin olduğu heç birimiz üçün sirr deyil. Onların ən sevdikləri yemək donuz bətni, beyin püresi və siçan dolması idi. Biz yazarkən belə ürəyimiz bulandı.

Dəvə beyni və heyvan nəcisinin hər dərdə dəva olduğuna inanırdılar

Qədim Romada insanlar xəstə olduqları zaman heyvan nəcisi və ya dəvə beyni yeyərək sağalacaqlarını düşünürdülər. Onlara görə, dəvə beyni epilepsiyası olanlar üçün əvəzsiz dərman idi. İlan vurması üçün keçi sidiyindən istifadə edirdilər. Onların inanclarına görə, itlərin üzərində dovşan nəcisi olanlara hürməz, hücum etməzdi.

Şeir və zarafatları dözülməz idi

Qədim romalılar açıq saçıq şeirləri və bərbad musiqiləri sevirdilər. O dövrdə yaşasanız və Romaya getsəydiniz, mənasız zarafatlar eşitməyə də məruz qala bilərdiniz. Onların şeirləri daha çox söyüş və təhqirlərdən ibarət olurdu.

Oğlan uşaqlarına təcavüz

Qədim dövrlərdə xüsusilə imperatorlar “ensest” münasibətlər, yəni qardaş-bacı evliliyi mövzuları çox aktual idi. Bu adət Romadan da yan keçməmişdi. İmperator Tiberius azyaşlı oğlanlarla cinsi münasibətdə olmağı çox sevirdi. Buna görə də oğlan uşaqlarını lap balaca yaşdan alar, onları cinsi kölə kimi böyüdürdü. Hətta sırf bunun üçün villa tikdirmişdi.
Hər şeyləri kimi cəza sistemləri də fərqli idi
Qədim Romalılar cəza mövzusunda da çox kreativ idilər. Birinə cəza vermək istədikləri zaman o şəxsi vəhşi heyvanların qarşısına atar və ya diri-diri yandırardı. Əgər edilən cinayət çox böyük idisə, cinayətkarı bir ilan, bir meymun, bir it və bir xoruzla birlikdə bir kisəyə qoyub Tiber gölünə atırdılar. Saflıq andını pozan Vesta bakirələrini də diri-diri torpağa basdırırdılar.

Çimməkləri belə fərqli idi

Romada evlərdə hamamlar da olmadığı üçün insanlar ümumi hamamlardan istifadə edirdilər. Çimmək üçün bir başa suya girmək olmazdı. Birinci bütün bədənə zeytun yağı çəkib gözləmək lazım idi, daha sonra zeytun yağını bıçaqla bədəndən qazıyıb çıxarırdılar. Bunun səbəbi isə zeytun yağının ölü hüceyrələri və kiri bədəndən çıxarmasını deyirdilər. Amma bunu nəzərə alaq ki, həmin zeytun yağını başqa insanlar da dəfələrlə istifadə edirilər.

Qonaqlıqda uzanıb yemək yeyirdilər

Qədim romalılar elit insanlar üçün verdikləri qonaqlıqlarda uzanıb yemək yeyirdilər. Onlar yediklərinin sümüklərini bir yerə yığmaq əvəzinə sağa-sola atırdılar. Pintilik adamların qanında var imiş.

Nigar CƏFƏR
AzNews.az

image description image description image description image description image description image description image description image description image description