Avstraliyada içərisinə iynə qoyulmuş çiyələklər satışa buraxılıb. Avstraliyada içərisinə iynə qoyulmuş çiyələklər satışa buraxılıb.

Avstraliya da iynəli çiyələk həyəcanı... FOTO

Avstraliyada içərisinə iynə qoyulmuş çiyələklər satışa buraxılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu, ölkə miqyasında problem yaradıb. Hökumət bu addımı dəhşətli cinayət kimi qiymətləndirib və təqsiri olan şəxslərin tapılmasına yardım olanlara 100 min Avstraliya dolları ödəməyi vəd edib.

Bildirilib ki, “iynəli” çiyələklə bağlı ilk şikayət keçən həftə olub. Marketdən çiyələk alıb yeyən şəxs mədə ağrısı ilə xəstəxanaya aparılıb. Bundan sonra eyni şikayətlə xeyli insan xəstəxanaya və hüsquq-mühafizə orqanlarına üz tutub.

Ölkənin bir neçə vilayətində çiyələk satışı dayandırılıb.

Qeyd olunub ki, bu hadisə eyni zamanda çiyələk əkib-becərməklə məşğul olanlara da böyük ziyan vurub.

AzNews.az
Nərgiz Soltan