“Soçi danışıqlarına əsasən İdlibdəki status-kvo qorunacaq və hər kəs yerində qalacaq”. “Soçi danışıqlarına əsasən İdlibdəki status-kvo qorunacaq və hər kəs yerində qalacaq”.

“İdlibin statusunda heç bir dəyişiklik olmayacaq” - Çavuşoğlu

“Soçi danışıqlarına əsasən İdlibdəki status-kvo qorunacaq və hər kəs yerində qalacaq”.

AzNews.az ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri arasında ötən gün Soçidə aparılan danışıqlardan əldə olunan nəticələr region üçün tarixi əhəmiyyət kəsb edir.

“Soçi danışıqlarına əsasən, hər şey əvvəl olduğu statusda qalacaq. Tərəflər arasında hərbsizləşdirilmiş zona qurulacaq və aradakı məsafə 15-20 kilometr olaraq saxlanılacaq. Bu ilin sonuna qədər bölgədəki M4 və M5 yolları da beynəlxalq və daxili ticarət üçün açıq elan olunacaq”, - deyə Çavuşoğlu bildirib.

AzNews.az