ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir. ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir.

“Polşada ABŞ qoşunlarının yerləşdirilməsi...” - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir.

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" xəbər verib.

Xəbərdə bildirilir ki, ABŞ rəhbəri bu bəyanatı Polşa prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşündə deyib.

"Biz buna çox ciddi yanaşırıq", - deyə Ağ Ev rəhbəri bildirib. D.Tramp əlavə edib ki, əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Polşanın təhlükəsizliyinin vacib olduğunu bildirib.

AzNews.az