Yaponiyanın Senday şəhərində naməlum şəxs polis məntəqəsində hücum edib. Yaponiyanın Senday şəhərində naməlum şəxs polis məntəqəsində hücum edib.

Polis məntəqəsinə hücum - Ölənlər var

Yaponiyanın Senday şəhərində naməlum şəxs polis məntəqəsində hücum edib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, naməlum şəxs polis məntəqəsinə daxil olub və məntəqədə olan polislərdən birinə bir neçə dəfə bıçaqla zərbə endirib.

Məlumata əsasən, daha sonra insidentin baş verdiyi otağa girən digər polis əməkdaşı hücum edən şəxsə bir neçə dəfə atəş açaraq, cinayətkarı öldürüb.

Ağır yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az