BMT-nin hesablamasına əsasən ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir BMT-nin hesablamasına əsasən ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir

Dünyada hər 5 saniyədə 1 uşaq ölür - BMT

BMT-nin hesablamasına əsasən ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, onlar 15 yaşına çatmayanlardır. Ölüm halları əsasən su çatışmazlığı, antisanitariya, tibbi yardımın olmaması və qida çatışmazlığı üzündən baş verir.

Ölən uşaqların böyük əksəriyyəti – 5,4 milyon nəfəri 5 yaşına çatmadan dünyalarını dəyişiblər. Onların yarısı yenicə doğulan körpələrdir.

BMT-nin Uşaq Fondu YUNİSEF-in eksperti Lourens Çendi bildirib ki, sadə məsələlərin həlli - dərmanların əldə olunması, təmiz su, elektrik təchizatı və vaksinləmələr uşaq ölümünü kəskin azalda bilər. Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-ci ildən 2030-cu ilə qədər yaşı 5-dən az olan daha 56 milyon uşaq öləcək. Onların yarısını yenicə doğulanlar təşkil edəcək.

Beş yaşadək uşaqlar arasında yayılmış ölüm hallarının yarısı Afrikanın Saharadan cənubdakı ölkələrinin payına düşür. Bu ölkələrdə hər on üçüncü uşaq ölür. Azyaşlılar 5 yaşa çatmır.

AzNews.az