ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəhbərinin müavini Devid Traxtenberq Rusiyanı ittiham və təhdid edib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəhbərinin müavini Devid Traxtenberq Rusiyanı ittiham və təhdid edib.

ABŞ-dan Rusiyaya həm ittiham, həm də təhdid

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəhbərinin müavini Devid Traxtenberq Rusiyanı ittiham və təhdid edib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, o, Rusiyanın iki ölkə arasındakı silahsızlaşmaya dair razılaşmalarına əməl etmədiyini bildirib.

D. Traxtenberq qeyd edib ki, Rusiya Federasiyası bu müqavilələrin yalnızca özünə sərf edən tərəflərini yerinə yetirir.

Pentaqon rəhbərinin müavini Rusiya ilə bağlanmış bütün beynəlxalq müqavilələrin risk altında olduğunu bildirib.

Devid Traxtenberq Rusiyanın qanun pozuntularını gözardı etməyi, ona cavab verməməyi məsuliyyətsizlik kimi qiymətləndirib.

Nurlan AĞA
AzNews.az