- Köhnə - Dünya
- 19 Sentyabr 2018 10:36
- 3 307
Daha bir aparıcı vəfat etdi - Çox gözəl insan, yaxşı ata idi
Britaniyanın məşhur aparıcı və yazarı Denis Norden vəfat edib.
AzNews.az Milli.Az-a istinadla xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib.
Denis son həftələrini Londondakı "Royal Free Hospital"da keçirib.
Aparıcının ölümü barədə məlumatı onun övladları verib: "Atamızın sağalması üçün əlindən gələn köməkliyi əsirgəməyən bütün həkimlərə sonsuz təşəkkür edirəm. O, çox gözəl insan, yaxşı ata idi. Hər zaman qəlbimizdə yaşayacaq".
Qeyd edək ki, Denis ITV-də yayımlanan "It'll Be Alright On The Night" verilişinə aparıcılıq edirdi.
AzNews.az