Türkiyə yavaş-yavaş regionda müharibə ocağına çevriləcək Suriyanın İdlib vilayəti ilə bağlı razılaşma əldə edərkən həm də bütün stereotipləri qırıb. Türkiyə yavaş-yavaş regionda müharibə ocağına çevriləcək Suriyanın İdlib vilayəti ilə bağlı razılaşma əldə edərkən həm də bütün stereotipləri qırıb.

Türkiyə və Rusiya əzbərləri pozdu - İlk dəfə...

Türkiyə yavaş-yavaş regionda müharibə ocağına çevriləcək Suriyanın İdlib vilayəti ilə bağlı razılaşma əldə edərkən həm də bütün stereotipləri qırıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO və ABŞ-ın altı ildir, yaxınlaşmadığı Suriyada təhlükəsiz zona Rusiyanın dəstəyi ilə yaradılıb.

Türkiyənin Rusiya ilə birlikdə addım atmağı isə xaos yaratmaq arzusunda olan qüvvələrin xəyallarını alt-üst edib.

Rusiya və Türkiyə prezidentləri arasındakı Soçi zirvəsində iki ölkə ilə yanaşı, həm də İran və Bəşər Əsəd adından da təhlükəsiz zonanın davamlılığı üçün söz verilib.

Durumla bağlı bir sıra ölkələrlə birlikdə BMT (Birləşmiş Millətlər Təşkilatı) Suriya özəl təmsilçisi Stefan De Mistura da Putin və Ərdoğana təşəkkür edib.

Rəsmi Ankara və Moskva təhlükəsizliyin təmin olunması üçün İdlibdəki hərbi birliklərin sayını artırmağa davam edir.

Türkiyənin qısa müddət ərzində Suriyaya beş minlik ordu göndərəcəyi bildirilib.

Qeyd edək ki, bu il sentyabrın 17-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Suriyanın İdlib vilayətində təhlükəsz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.

Nurlan AĞA
AzNews.az