İsveçin paytaxtı Stokholmda üç nəfər çinli turistin otel otağına buraxılmamağı iki ölkə arasında narazılıq yaradıb. İsveçin paytaxtı Stokholmda üç nəfər çinli turistin otel otağına buraxılmamağı iki ölkə arasında narazılıq yaradıb.

Çinlə İsveç arasında diplomatik münaqişə - “Üzr istəməlisiniz”

İsveçin paytaxtı Stokholmda üç nəfər çinli turistin otel otağına buraxılmamağı iki ölkə arasında narazılıq yaradıb.

AzNews.az xarici mətbuata istinadən yazır ki, üç nəfərdən ibarət çinli ailə otelin açılış vaxtından tez gəldiyi üçün otağa buraxılmayıb.

Oğul anasının xəstə olduğu üçün otağa getməli olduqlarını desə də, otel işçiləri otaqların hazır olmadıqlarını bildirərək, onlara foyedə oturmalı olacaqlarını deyiblər.

Çin Xarici İşlər Nazirliyi insan haqlarının pozulması səbəbindən İsveç hökumətinin üzr istəməsini tələb edib.

Nurlan AĞA
AzNews.az