- Köhnə - Dünya
- 19 Sentyabr 2018 15:25
- 3 771
Türkiyədə vətəndaşlıq almaq asanlaşıb - 250 min dollar...
Türkiyə vətəndaşlığı almaq şərtləri yumşaldılıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 500 min dolları olan şəxs vətəndaşlıq ala bilər.
Yeni şərtlər bunlardır:
1. Türkiyədə 500 min dollar məbləğində investisiyqa qoymaq (əvvəllər 2 milyon dollar)
2. 250 min dollar dəyərində daşınmaz əmlaka sahib olmaq (əvvəl 1 milyon dollar)
3. 50 nəfərlik iş yeri açmaq (əvvəl 100 nəfər)
4. 500 min dollar məbləğində Türk banklarında depozit yerləşdirmək (əvvəl 3 milyon dollar)
Bu tələblərdən sadəcə birini həyata keçirərək Türkiyə vətəndaşı olmaq mümkündür.
Nigar CƏFƏR
AzNews.az