Rusiya və Türkiyə arasında bu il sentyabrın 17-də Soçidə qəbul edilən Suriyanın İdlib vilayətinə dair anlaşmanın məzmunu açıqlanıb. Rusiya və Türkiyə arasında bu il sentyabrın 17-də Soçidə qəbul edilən Suriyanın İdlib vilayətinə dair anlaşmanın məzmunu açıqlanıb.

Putin-Ərdoğan razılaşmasının maddələri açıqlandı – “İdlib anlaşması”nda nələr var?

Rusiya və Türkiyə arasında bu il sentyabrın 17-də Soçidə qəbul edilən Suriyanın İdlib vilayətinə dair anlaşmanın məzmunu açıqlanıb.

AzNews.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Həmin maddələr bunlardır:

- İdlibdə təhlükəsiz zona qorunacaq. Türkiyənin nəzarət məntəqələri gücləndirilərək, işinə davam edəcək;

- Rusiya Federasiyası İdlibdə hərbi əməliyyatlar və hücumların qarşısının alınması üçün çalışacaq və mövcud status-kvonu saxlayacaq;

- Təhlükəsiz zonanın sahəsi 15-20 km olacaq;

- Təhlükəsiz zonanın sərhədləri ərazidə aparılan işlərə uyğun olaraq müəyyənləşdiriləcək;

- Bütün radikal terrorçu qruplar oktyabrın 15-dək təhlükəsiz zonadan çıxarılacaq;

- Müharibə aparan tərəflərə aid olan bütün tanklar, çoxbarrelli raketlər, toplar və minaatanların da daxil olduğu ağır artilleriya oktyabrın 10-na kimi İdlibin təhlükəsizlik zonasından kənarlaşdırılacaq;

- Təhlükəsiz zonadakı nəzarət Türkiyə və Rusiya əsgərləri tərəfindən həyata keçiriləcək. Burada pilotsuz hava aparatlarından istifadə olunacaq;

- 2018-ci ilin sonuna kimi M4 (Hələb-Lazkiya) və M5 (Hələb-Hüms) şosselərinin təhlükəsizliyi təmin olunacaq və istifadəyə veriləcək;

- İdlibdə davamlı atəşkəs rejiminin tətbiq olunması üçün işlər görüləcək. Rusiya, Türkiyə və İran ortaq idarəetmə mərkəzi yaradacaq.

Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.

Nurlan AĞA

AzNews.az