Roma papası Frensisin gənclərlə söhbəti qalmaqala səbəb olub. Roma papası Frensisin gənclərlə söhbəti qalmaqala səbəb olub.

Roma papası: “Seks bir...”

Roma papası Frensisin gənclərlə söhbəti qalmaqala səbəb olub.

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Fransanın Qrenobl-Vienna bölgəsindəki kilsələrin gənc üzvləri ilə görüşən papa 16 yaşlı bir nəfərin “insan bədəninin müqəddəsliyinin pozulduğu bir dünyada özümüzə hansı yolu seçəcəyik?” sualına fərqli tərzdə cavab verib.

O, “cinsi həyat, seks Tanrının bir hədiyyəsidir, bu, stereotip deyil”, – deyib.

Papa gənclərə öz cinsi həyatlarını qorumağı və həyatlarının ayrılmaz bir parçası olacaq həyata hazırlaşmalarını təlqin edib.

Papa Frensisin bu çıxışı sosial mediada birmənalı qarşılanmayıb. İnsanlar etdikləri paylaşımlarla katolik kilsəsinin cinsi istismarla bağlı diqqətsizliyini tənqid ediblər.

Nurlan AĞA
AzNews.az