Pakistanda məhkəmə keçmiş baş nazir Nəvaz Şərif, qızı Məryəm Nəvaz və kürəkəni Məhəmməd Səfdarın şərti azadlığa buraxılması barədə qərar qəbul edib. Pakistanda məhkəmə keçmiş baş nazir Nəvaz Şərif, qızı Məryəm Nəvaz və kürəkəni Məhəmməd Səfdarın şərti azadlığa buraxılması barədə qərar qəbul edib.

Nəvaz Şərif azadlığa buraxılacaq – Pakistan məhkəməsi qərar verdi

Pakistanda məhkəmə keçmiş baş nazir Nəvaz Şərif, qızı Məryəm Nəvaz və kürəkəni Məhəmməd Səfdarın şərti azadlığa buraxılması barədə qərar qəbul edib.

AzNews.az “Euronews”a istinadən bildirir ki, İslamabad Ali Məhkəməsi Şərif, qızı və kürəkəninin şikayətlərinə baxıb. Ali Məhkəmə baş nazir və ailəsinin məsələsi ilə bağlı sübut çatışmazlığını əsas götürərək, onların şərti azadlığa buraxılmasına qərar verib.

N. Şərif, qızı və kürəkəninin 500 min Pakistan rupisi ödədikdən sonra azadlığa buraxılacaqları bildirilib.

Qeyd edək ki, baş nazir və ailəsi korrupsiya cinayəti ilə bağlı olaraq azadlıqdan məhrum edilmişdi.

Nurlan AĞA
AzNews.az