"Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib". "Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib".

“Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var” - Tramp

"Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

“Üç gün əvvəl Kim Çen Indan gözəl bir məktub almışam. Şimali Koreyaya dair möhtəşəm irəliləyişə can atırıq. Mən prezident olana qədər bütün gedişat Şimali Koreya ilə müharibəyə doğru idi, indi isə belə bir nailiyyət... Münasibətlərimiz çox yaxşıdır”, - o vurğulayıb.

D.Tramp deyib ki, Şimali Koreya artıq nüvə və raket sınaqları keçirmir: "ABŞ vətəndaşlarını və 1950-ci illərdəki müharibə zamanı ölən amerikalı hərbçilərin cənazələrini ölkələrinə qaytarıb".

AzNews.az