Şekspir qəddar “iş adamı” olub - SİRR

Dünya dramaturgiyasında xüsusi yeri olan Vilyam Şekspirin həyatındakı sirr pərdəsi aralanır. Bir qrup mütəxəssisin apardığı araşdırmalar ingilis dramaturqun əslində çox qəddar biri olduğunu ortaya çıxarıb.


Aberystvyth Universitetinin mütəxəssislərinin apardığı araşdırma göstərib ki, Şekspir qıtlıq zamanı taxıl işindən külli miqdarda gəlir əldə edib və bu zaman çox qəddarlığı ilə seçilib.

Mütəxəssislərin apardığı araşdırmaların nəticəsi bu ilin mayında keçiriləcək ədəbiyyat festivalında təqdim ediləcək. Hələlik isə bildirilib ki, Şekspir eyni zamanda borc pul verən sələmçi və vergidən yayınan "iş adamı" olub.


Jayne Arker, Hovard Tomas, Rikard Marqqraf Turleyin arxivlərdə apardığı araşdırmanın nəticələrinə əsasən Şekspir daha baha qiymətə satmaq üçün taxıl, arpa kimi məhsulları toplayıb. Qazandığı pullar hesabına daha sonra borc pul verməklə məşğul olan Şekspirin barəsində hətta 1598-ci ildə taxıl gizlətmək iddiası da irəli sürülüb.

Şekspirşünas Conathan Bate isə "Sunday Times" qəzetinə verdiyi açıqlamada araşdırmanı yüksək qiymətləndirib.

Elnarə Əlosmanqızı
AzNews.az