- Köhnə - Dünya
- 20 Sentyabr 2018 12:58
- 3 556
Ermənistanda polkovnik işçilərin pul mükafatını mənimsəyib
Ermənistanda polis polkovniki Vram Bejanyan tabeliyindəki işçilərin pul mükafatını mənimsəyib.
“Report” “Sputnik-Armeniya” istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.
Belə ki, “Polis günü” münasibətilə Polis qoşunu hissəsinin 7 əməkdaşının hər birinə 200 dollara yaxın mükafat təyin olunub. V.Bejanyan həmin pulları mənimsəyib. Polis əməkdaşlarına isə mükafatın düzgün hesablanmadığını bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyət həddini aşma maddələri üzrə ittiham irəli sürülüb.
Artıq V.Bejanyanın cinayət işinin istintaqı tamamlanaraq Armavir Vilayət Məhkəməsinə göndərilib.