Pentaqon “Lockheed Martin” və “Austal” şirkətləri ilə yeni sahil nəzarət gəmilərinin istehsalı ilə bağlı müqavilə imzalayıb. Pentaqon “Lockheed Martin” və “Austal” şirkətləri ilə yeni sahil nəzarət gəmilərinin istehsalı ilə bağlı müqavilə imzalayıb.

ABŞ donanması yeni patrul gəmiləri əldə edəcək - Müqavilə imzalanıb

Pentaqon “Lockheed Martin” və “Austal” şirkətləri ilə yeni sahil nəzarət gəmilərinin istehsalı ilə bağlı müqavilə imzalayıb.

AzNews.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, hər iki şirkət birgə şəkildə LCS-29, LCS-32 və LCS-34 patrul gəmiləri istehsal edərək ABŞ donanmasına təhvil verəcək.

Rəsmi məlumata əsasən, müqavilə nəticəsində ümumilikdə 16 ədəd gəmi istehsal olunacaq ki, bunun da qarşılığında ABŞ 400 milyon dollardan daha çox maliyyə xərcləməli olacaq.

Qeyd edək ki, sözügedən patrul gəmiləri 57 mm-lik silahlarla da təchiz ediləcək.

AzNews.az