Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın Lazkiya bölgəsində vurulmuş “İl-20” hərbi təyyarəsi ilə bağlı İsraildən daha geniş açıqlama gözlədiklərini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın Lazkiya bölgəsində vurulmuş “İl-20” hərbi təyyarəsi ilə bağlı İsraildən daha geniş açıqlama gözlədiklərini bildirib.

“İsrail daha geniş cavab verməlidir” – Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın Lazkiya bölgəsində vurulmuş “İl-20” hərbi təyyarəsi ilə bağlı İsraildən daha geniş açıqlama gözlədiklərini bildirib.

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Zaxarova bunu həftəlik keçirdiyi mətbuat konfransında deyib.

M.Zaxarova israilli pilotların ehtiyatlı və məsuliyyətli davranmadıqlarını ifadə edib.

Rusiya XİN sözçüsü olayla bağlı qısa zamanda yeni informasiya əldə etməyi gözlədiklərini və bunu ictimaiyyətlə paylaşacaqlarını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də Rusiyanın “İl-20” markalı döyüş təyyarəsi Suriyada vurulmuşdu.

Nurlan AĞA

AzNews.az