ABŞ-ın Merilend ştatında atışma baş verib. ABŞ-ın Merilend ştatında atışma baş verib.

Yenə ABŞ, yenə atışma...

ABŞ-ın Merilend ştatında atışma baş verib.

AzNews.az Trend-ə istinadən məlumatına görə, Xarford dairəsinin şerifi Ceffri Qaler hadisə ilə bağlı təfərrüatlar verməsə də, çoxsaylı xəsarət alanlar olduğunu bildirib.

"Twitter" səhifəsində yerləşdirilən məlumatda yazılır: "Spesutia və Perrimen yolları rayonunda atışma olub. Çoxsaylı xəsarət alanlar var. Vəziyyət tez-tez dəyişir. Xahiş olunur, həmin rayondan uzaq durasınız".

AzNews.az