Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq. Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq.

“Brexit üzrə ikinci referendum olmayacaq” - Tereza Mey

Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey bu fikirləri Avropa İttifaqının Zalsburqda keçirilmiş qeyri-formal sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş nazir Böyük Britaniyanın hakimiyyət orqanlarının mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Brexit üzrə ikinci referendum qeyri-mümkündür. “Biz 2019-cu ilin martında çıxacağıq (Aİ-dən) və ikinci referendum olmayacaq. İnsanlar öz seçimini edib, Baş nazir olaraq mənim vəzifəm, hökumətin və parlamentin vəzifəsi bu seçimi təmin etməkdir”, - deyə Tereza Mey Avropa Komissiyasının saytında yayımlanan çıxışında qeyd edib.

Britaniya və Avropa İttifaqı tərəflərin maraqlarına əməl olunmaqla oktyabrın sonunadək Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni həll etməlidir: Avropa İttifaqından çıxma haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını hazırlamaq.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında danışıqlar ötən ilin yayından bəri davam edir və hələlik ciddi irəliləyiş əldə olunmayıb.

AzNews.az