Paşinyanın Dağlıq Qarabağa son səfəri zamanı ön xətt bölmələrini ziyarət edib. Ordu silahlanması ilə o qədər də sıx əlaqəsi olmayan Ermənistanın baş nazirinə yerli sənaye müəssisələrində istehsal edilən “şedevr”lər nümayiş etdirilib. Paşinyanın Dağlıq Qarabağa son səfəri zamanı ön xətt bölmələrini ziyarət edib. Ordu silahlanması ilə o qədər də sıx əlaqəsi olmayan Ermənistanın baş nazirinə yerli sənaye müəssisələrində istehsal edilən “şedevr”lər nümayiş etdirilib.

Paşinyanı Qarabağda yola verdilər - “şedevr”lər nümayiş edilib

Paşinyanın Dağlıq Qarabağa son səfəri zamanı ön xətt bölmələrini ziyarət edib. Ordu silahlanması ilə o qədər də sıx əlaqəsi olmayan Ermənistanın baş nazirinə yerli sənaye müəssisələrində istehsal edilən “şedevr”lər nümayiş etdirilib.

AzNews.az ordu.az-a istinadən məlumat verir ki, onların arasında əvvəllər “UAZ” bazasında hərbi paradda nümayiş etdirdikləri pilotsuz aparat və yeni kvadrokopter də mövcuddur.

Nümayiş etdirilən PUA, “Krunk 25-2” modelidir, yalnız propelleri və qanad sonluqları dəyişdirilərək “Azniv” adlandırılıb. Kvadrokoterin isə Çinin “Fu Qi Model X480” modeli üzərindən kopyalandığı ehtimal edilir. Maraqlısı isə kopyanın orjinal versiyadan daha baha başa gəlməsidir.

Paşinyana “yeni məsafədən idarə olunan kompleks” adı ilə təqdim edilən qurğunun əsas atəş vasitəsi isə 7.62 mm PKT pulemyotundan ibarətdir. Ona pulemyotda əlavə edilən yeni detal kimi silahın üçayaq üzərində yerləşdirilməsi, dəmir üzlüklə qapanması və məsafədən idarə edilməsi barədə məlumat verilib.

1962-ci ildə SSRİ silahlı qüvvələrində silahlanmaya qəbul edilən pulemyotlarda 1908/1930-cu il nümunəli mərmilərin istifadəsi onun yeni olmadığını sübut edir.

İstənilən atıcı silah üçayaq üzərində yerləşdirilə bilər. Zatən bu pulemyotların PK versiyası 60 il qabaq da, bu gün də yalnız ayaqlar üzərindən atəş açmaq üçün nəzərdə tutulub.

Silahın qalın dəmir üzlüklə qapanması və üçayaqla təmin edilməsi mərmisiz boş çəkisi 10.5 kq olan pulemyotun çəkisini ən azı iki, bəlkə də üç dəfə artırır. Bu isə dağlıq ərazidə 7.62 mm çapa malik bir silahın daşınmasını çətinləşdirir, döyüş dəsti ilə bərabər daşınma nəqliyyat vasitəsi tələb edir.

Göstərilən PKT-nin heyəti azı üçü nəfərdən ibarət olmalıdır, bu isə motoatıcı birliklərin ştat strukturunun dəyişdirilməsinə səbəb olacaq. Eyni texniki göstəricilər 7.62 mm ayaqlı PK pulemyotunda mövcud idisə, bir əsgərin etdiyini 3 əsgərə paylamağın nə mənası var?

Digər məsələ, nümayiş etirilən qurğunun məsafədən idarə olunma funksiyasının önə çəkilməyə cəhd edilməsidir. Əslində PKT istehsal edildiyi 60-cı illərdən yalnız və yalnız məsafədən, zirehli texnikanın daxilindəki tuşlayıcı-operator tərəfindən idarə edilib. İndi isə onu sadəcə elektrik çaxmaqı “pleysteyşn”coystiki ilə əvəz ediblər. Lenta sandığını isə boyamaq tamam yaddan çıxıb.

Ehtimal ki, təqdim edilən bu pulemyotlar Qaabağ münaqişəsi zamanı sıradan çıxarıldıqdan sonra, silahlanmadan çıxarılan zirehli texnikaların qülləsindən götürülüb.

AzNews.az