ABŞ və Çin arasındakı gərginlik gündən-günə artmaqdadır. ABŞ və Çin arasındakı gərginlik gündən-günə artmaqdadır.

ABŞ və Çin bir-birinə girdi – Dünya sarsılır

ABŞ və Çin arasındakı gərginlik gündən-günə artmaqdadır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çin ABŞ-ı sərt təhdid edib.

Rəsmi Pekinin bugünkü açıqlamasında Vaşinqton hökumətinə “sanksiyaları aradan qaldırın, ya da baş verə biləcəklər üçün məsuliyyəti biz daşımırıq” şəklində xəbərdarlıq edilib.

Çin Xarici İşlər Nazirliyinin açıqlaması ABŞ-ın Çinə aid bir hərbi idarənin Rusiya Hərbi Qüvvələri ilə əlaqəsi olduğu üçün sanksiya tətbiq ediləcəklər sırasına daxil etməsindən dərhal sonra verilib.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi Rusiyanın müdafiə və kəşfiyyat sahəsində rolu olan 33 nəfər və qurumu nəzərdə tutan “xüsusi şəxslər” siyahısına daxil etmişdi. Bununla yanaşı, nazirlik Rusiya ilə hərbi sahədə əlaqəsi olduğuna görə Çinin müəyyən hərbi qurumunu və onun direktorunu da siyahıya salıb.

Nurlan AĞA
AzNews.az