Livandakı “Hizbullah” Partiyasının sədri Həsən Nəsrullah “İdlib müqaviləsi”nə münasibət bildirib. Livandakı “Hizbullah” Partiyasının sədri Həsən Nəsrullah “İdlib müqaviləsi”nə münasibət bildirib.

“İdlibdən çıxmayacağıq” – Hizbullah lideri

Livandakı “Hizbullah” Partiyasının sədri Həsən Nəsrullah “İdlib müqaviləsi”nə münasibət bildirib.

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Nəsrullah “İdlibdə anlaşma olsa da, biz orada qalacağıq”, - deyib.

O, müqavilənin şərtlərinin yerinə yetiriləcəyi halda Suriyada sabitliyin bərqərar olacağını ifadə edib.

H. Nəsrullah qeyd edib ki, orada qalıb-qalmayacaqlarına Suriya hökuməti qərar verir.
Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.

Nurlan AĞA
AzNews.az