Almaniyanın xarici işlər naziri Hayko Maas Türkiyə iqtisadi durum və İdlib müqaviləsinə dair fikirlərini bölüşüb. Almaniyanın xarici işlər naziri Hayko Maas Türkiyə iqtisadi durum və İdlib müqaviləsinə dair fikirlərini bölüşüb.

“Türkiyə İdlibdə böyük rola sahibdir” - Alman nazir

Almaniyanın xarici işlər naziri Hayko Maas Türkiyə iqtisadi durum və İdlib müqaviləsinə dair fikirlərini bölüşüb.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, nazir Berlində keçirdiyi mətbuat konfransında Türkiyə iqtisadiyyatının stabilliyinin ölkəsinin xeyirinə olduğunu deyib.

Maas, həmçinin Türkiyə və Rusiya prezidentlərinin İdlibdə təhlükəsiz zonanın yaradılması ilə bağlı anlaşması haqqında da fikir səsləndirib.

Almaniyalı nazir Türkiyənin İdlibdə stabilliyin qorunması yolunda böyük rol oynadığını ifadə edib.

Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.

Nurlan AĞA
AzNews.az