İsrail Hərbi Hava Qüvvələrinin Rusiyaya təqdim etdiyi hesabat qəbul olunmayıb. İsrail Hərbi Hava Qüvvələrinin Rusiyaya təqdim etdiyi hesabat qəbul olunmayıb.

Rusiya İsrailin sübutlarını qəbul etmədi

İsrail Hərbi Hava Qüvvələrinin Rusiyaya təqdim etdiyi hesabat qəbul olunmayıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya-İsrail arasında “İl-20” hərbi təyyarəsinə görə yaşanan problemin həlli üçün Moskvaya səfər edən İsrail nümqayəndə heyəti məqsədinə çata bilməyib.

Nümayəndə heyəti hadisə ilə bağlı Rusiya və Suriya prezidneti Bəşər Əsədi səbəb kimi göstərib, qarşı tərəf isə araşdırmanın yenidən aparılmasını istəyib.

Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Aralıq dənizi üzərində Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsini vurub. Hadisə nəticəsində 15 rus hərbçisi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hədəfləri bombalayan İsrailə məxsus qırıcı təyyarələrin “İl-20”-dən sipər kimi istifadə edərək onu zərbə qarşısında qoyduğunu bildirib.

Nurlan AĞA
AzNews.az