“Döyüş gəmilərimiz və Hərbi Hava Qüvvələrimiz hər növ müdaxilə etmək səlahiyyətinə malikdir”. “Döyüş gəmilərimiz və Hərbi Hava Qüvvələrimiz hər növ müdaxilə etmək səlahiyyətinə malikdir”.

Türkiyə Aralıq dənizində yunan hökumətinin “qabağını kəsdi”

“Döyüş gəmilərimiz və Hərbi Hava Qüvvələrimiz hər növ müdaxilə etmək səlahiyyətinə malikdir”.

AzNews.az Türkiyənin “Vatan” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Respublikasının Misirlə təbii qazın nəqlinə dair müqavilə bağlamasına münasibət bildirərkən deyib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də Türkiyənin icazəsi olmadan Aralıq dənizinin şərqində heç bir layihənin həyata keçirilməsinə icazə verməyəcəklərini ifadə edib.

Qeyd edək ki, yaxın günlərdə Kipr hökuməti Misirlə sualtı kəmər vasitəsilə təbii qaz daşınması barədə müqavilə imzalamışdı.

Nurlan AĞA
AzNews.az