“Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədin telefon zənglərinə cavab vermir”. “Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədin telefon zənglərinə cavab vermir”.

“Putin Əsədin telefonunu götürmür” - İsrailli nazir

“Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədin telefon zənglərinə cavab vermir”.

AzNews.az-ın məlumatına görə, bunu İsrailin kəşfiyyat və nəqliyyat naziri İsrael Katz “Ordu Radiosu”na açıqlamasında deyib. O, Rusiyadan verilən açıqlamaların əksinə olaraq, Putinin “İl-20” olayında Suriyanı təqsirkar gördüyünü bildirib.

İ. Katz Suriyada “Hizbullah” qüvvələrinə silah göndərən İrana da qəzəbli olduğunu dilə gətirib.
Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Aralıq dənizi üzərində Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsini vurub. Hadisə nəticəsində 15 rus hərbçisi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hədəfləri bombalayan İsrailə məxsus qırıcı təyyarələrin “İl-20”-dən sipər kimi istifadə edərək onu zərbə qarşısında qoyduğunu bildirib.

Nurlan AĞA

AzNews.az