ABŞ-ın Nyu-York şəhərindəki Kuins rayonunda qadının uşaq bağçasına hücumu nəticəsində azı 5 nəfər, o cümlədən 3 azyaşlı uşaq bıçaq xəsarətləri alıb. ABŞ-ın Nyu-York şəhərindəki Kuins rayonunda qadının uşaq bağçasına hücumu nəticəsində azı 5 nəfər, o cümlədən 3 azyaşlı uşaq bıçaq xəsarətləri alıb.

ABŞ-da qadın uşaqlara bıçaq çəkdi - 5 nəfər yaralandı

ABŞ-ın Nyu-York şəhərindəki Kuins rayonunda qadının uşaq bağçasına hücumu nəticəsində azı 5 nəfər, o cümlədən 3 azyaşlı uşaq bıçaq xəsarətləri alıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, AJC portalının yerli polisə istinadla yaydığı məlumata görə, bıçaqla silahlanmış qadın gecə-gündüz bağçasına sentyabrın 21-də yerli vaxtla saat 4:00 radələrində hücum edib. Xəsarət alanların həyatı üçün hazırda heç bir təhlükə yoxdur. Uşaqlardan birinin ciddi yara aldığı bildirilir.

Polisin məlumatına əsasən, cinayəti törədən 52 yaşlı qadın saxlanılıb. Hadisə ilə əlaqədar təhqiqat başlayıb.

AzNews.az