Ukrayna rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini qondarma Donetsk və Luqansk xalq respublikalarını maliyyələşdirməkdə ittiham edir. Ukrayna rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini qondarma Donetsk və Luqansk xalq respublikalarını maliyyələşdirməkdə ittiham edir.

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham edilir

Ukrayna rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini qondarma Donetsk və Luqansk xalq respublikalarını maliyyələşdirməkdə ittiham edir.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Kiyevin Şevçenko rayon məhkəməsi V. Jirinovski və daha iki rusiyalı deputat barəsində qiyabi istintaqın aparılmasına icazə verib.

Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir ki, istintaq Jirinovskinin 2014-cü ilin aprelində Moskvada deputatların, Rusiya Liberal-Demokrat Partiyasının üzvlərinin yer aldığı qrupu yaratdığını müəyyən edib. Həmin qrup Rusiya vətəndaşlarından Donbasdakı terror təşkilatlarının maddi təminatı üçün vəsait yığmaqla məşğul olub.

Müvafiq cinayət işi terrorçuluğun maliyyələşməsi maddəsi ilə qaldırılıb və 10-12 il həbs cəzası nəzərdə tutur.

AzNews.az