Vardan Minasyan Ermənistan milli komandasının baş məşqçisi və Ermənistan Futbol Federasiyasının (FFA) texniki direktoru vəzifələrindən istefa verib. Vardan Minasyan Ermənistan milli komandasının baş məşqçisi və Ermənistan Futbol Federasiyasının (FFA) texniki direktoru vəzifələrindən istefa verib.

Ermənistan yığmasının baş məşqçisi istefa verdi - Cəmi 5 ay sonra

Vardan Minasyan Ermənistan milli komandasının baş məşqçisi və Ermənistan Futbol Federasiyasının (FFA) texniki direktoru vəzifələrindən istefa verib.

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, FFA prezidenti Ruben Ayrapetyan istefanı qəbul edib.

Minasyan milliyə gələcək oyunlarda uğurlar arzulayıb. O, baş məşqçi postuna aprelin 10-da təyin olunmuşdu. Gənc mütəxəssisin ikinci rəhbərliyi dönəmində Ermənistan yığması UEFA Millətlər Liqasında Lixtenşteynə öz meydanında 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə Makedoniyaya uduzub - 0:2.

Sentyabrın 22-də FFA-nın növbədənkənar yığıncağı keçiriləcək. İclasda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın federasiyanın yeni prezidenti seçiləcəyi gözlənilir.

Qeyd edək ki, yeni baş məşqçinin fransalı dünya və Avropa çempionu Yuri Corkayeffin olacağı iddia edilir.

AzNews.az