ABŞ-ın “Time” jurnalının yeni üz qabığı təqdim olunub. ABŞ-ın “Time” jurnalının yeni üz qabığı təqdim olunub.

“Time” Putin və Trampı üz-üzə qoydu

ABŞ-ın “Time” jurnalının yeni üz qabığı təqdim olunub.

AzNews.az xəbər verir ki, jurnalın redaktoru Den Stivord bu barədə Twitter hesabından paylaşım edib.

“Çarın bütün adamları. Putinin oliqarxları Tramp komandasının içinə necə girdi?” adlı üz qabığında Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, rusiyalı biznesmen Viktor Vekselberq və amerikalı siyasətçi Paul Manafort rus matryoşkalar şəklində təsvir olunub.

Şəkildəki matryoşkaların ən böyüyü Trampa, ən kiçiyi isə Putinə aiddir.

Üz qabığının 2016-cı ildə ABŞ-dakı prezident seçkisinə Rusiyanın müdaxiləsini təsvir etmək istədiyi ehtimal olunur.

Qeyd edək ki, jurnal bundan əvvəl də Trampı “dibdə” (“in deep”) adlı karikatura ilə üz qabığına çıxarmışdı.

Nurlan AĞA

AzNews.az