Şimali Kipr Türk Respublikası (ŞKTR) ərazisinə icazəsiz olaraq daxil olmuş gəmi aşkarlanıb. Şimali Kipr Türk Respublikası (ŞKTR) ərazisinə icazəsiz olaraq daxil olmuş gəmi aşkarlanıb.

Şimali Kiprdə Yunanıstan gəmisi qalmaqalı

Şimali Kipr Türk Respublikası (ŞKTR) ərazisinə icazəsiz olaraq daxil olmuş gəmi aşkarlanıb.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, Şimali Kiprin qərb sahilində Yunanıstan bayrağı altında üzən gəmi ilə bağlı əməliyyat gerçəkləşdirilib.

Gəmidə Misir vətəndaşı olan beş nəfər Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılaraq, polisə təhvil verilib.

Polisin açıqlamasına görə, gəmi qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanılıb.

Şimali Kipr baş nazirinin müavini və xarici işlər naziri Qüdrət Özərsay saxlanılmış şəxslərlə normal davranıldığınə və sabah məhkəməyə çıxarılacaqlarını bildirib.

Gəmi Şimali Kiprin Girne limanına aparılıb.

Nurlan AĞA
AzNews.az