ABŞ baş prokurorunun müavini Rod Rozenstayn Ədliyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun yüksək vəzifəli əməkdaşları ilə Konstitusiyanın 25-ci maddəsinin tətbiq olunması, nəticədə prezident Donald Trampın vəzifədən kənarlaşdırılması üçün danışıqlar aparıb. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır. ABŞ baş prokurorunun müavini Rod Rozenstayn Ədliyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun yüksək vəzifəli əməkdaşları ilə Konstitusiyanın 25-ci maddəsinin tətbiq olunması, nəticədə prezident Donald Trampın vəzifədən kənarlaşdırılması üçün danışıqlar aparıb. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır.

Prezidentin səsini yazıb onu devirmək istəyirdi... - Söhbət Baş prokurorun müavinindən gedir

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn Ədliyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun yüksək vəzifəli əməkdaşları ilə Konstitusiyanın 25-ci maddəsinin tətbiq olunması, nəticədə prezident Donald Trampın vəzifədən kənarlaşdırılması üçün danışıqlar aparıb. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır.

Bildirilir ki, Rod Rozenstayn prezidentin səsini gizlicə diktafona yazmağı və bununla da administrasiyanı bürüyən xaos, Trampın prezident səlahiyyətlərini icra etmək imkanında olmadığı barədə sübut toplamağı təklif edib. Bu sübutlar əsasında Konstitusiyanın 25-ci maddəsi tətbiq edilə bilərdi və preziden səlahiyyətləri vitse-prezident Maykl Pensə keçə bilərdi. Məlumata görə Rozenstayn bu təklifi 2017-ci ilin yazında irəli sürüb. Həmin vaxt onun özü cəmi iki həftə idi ki, vəzifədə idi.

Lakin qəzet yazır ki, Rozenstayn Trampın səsini diktafona yazmayıb. Bununla belə onun belə niyyətinin olduğunu “Assosiated press” agentliyinə danışan üç ayrı mənbə təsdiqləyib. Bəzi mənbələr deyiblər ki, Trampa qarşı 25-ci maddənin tətbiq edilməsini Rozenstayn sarkastik tonda irəli sürüb, digərləri isə onun ciddi olduğunu deyirlər.

Rozenstayn isə bildirib ki, qəzetdə yazılanlar “dəqiq deyil və faktiki olaraq yalandır”. O, prezidentlə münasibətlərinin 25-ci maddəyə istinad etməyə əsas vermədiyini deyib.

Xatırladaq ki, bu günlərdə “The New York Times” Tramp administrasiyasının yüksək vəzifəli əməkdaşı adından anonym məqalə dərc etmişdi. Həmin məqalədə göstərilirdi ki, administrasiyada Trampı prezident səlahiyyətlərini icra edə bilmədiyi üçün hakimiyyətdən uzaqlaşdırmağa çalışan qruplaşma var.

Prezident Donald Tramp isə baş prokurorun müavinin onun səsini diktafona yazmaq və hakimiyyətdən uzaqlaşdırmaq üçün danışıqlar apardığı haqda xəbərə özünün Tvitter səhifəsindən reaksiya verib. Tramp yazıb ki, Ədliyyə Nazirliyindəki “üzücü iy-qoxudan” yaxa qurtarmaq lazımdır. “Ədliyyə Nazirliyində möhtəşəm adamlar var, amma bir neçəçox pis adamlar da var. Siz gördünüz ki, FTB-də nə baş verdi. Onlar hamısı getdilər. lakin kəsilmək bilməyən iy də var ki, biz ondan yaxa qurtarmağa hazırlaşırıq”-Tramp yazıb. (musavat.com)

AzNews.az