Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

Ərdoğan Trampla görüşəcəkmi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, dövlət başçısı BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak üçün səfərdən öncə Atatürk hava limanında keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Qlobal Qaçqın Razılaşmasının yüksək səviyyəli tədbirinə qatılacaq Rəcəb Tayyib Ərdoğan Türkiyənin suriyalı qaçqınlar üçün gördüyü işlər barədə danışacağını söyləyib. Onun sözlərinə görə, Türkiyəyə dəstək üçün ismarış verəcək, problemlərin həlli üçün çağırış edəcək.

Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəciyinə dair suala Türkiyə prezidenti belə cavab verib: “Amerika tərəfindən belə bir istək olarsa, qiymətləndirəcəyik. Hazırda belə bir görüş nəzərdə tutulmayıb”.

Ərdoğanın Nyu-Yorkda amerikalı sərmayə və biznes dairələri ilə də görüşəcəyi, onları Türkiyəyə sərmayə qoymağa dəvət edəcəyi bildirilir.

AzNews.az