- Köhnə - Dünya
- 1 Aprel 2013 11:37
- 3 386
“Google“un 1 aprel zarafatı- VİDEO
"Aprelin 2-də gecə yarısı "Youtube" portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifinin müəyyənləşdirməsi üçün edilir", - deyə şirkətdən bildirilib.
Bundan başqa, "Google" istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək. Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş. Qeyd edək ki, hazırda "Youtube"un auditoriyası 1 milyard nəfərdir.
AzNews.az