Rusiya müdafiə nazirliyi İl-20 təyyarəsinin Suriyada vurulma anını əks etdirən 3D videonu yayıb. Rusiya müdafiə nazirliyi İl-20 təyyarəsinin Suriyada vurulma anını əks etdirən 3D videonu yayıb.

Rusiya təyyarəsi belə vurulub - Video

Rusiya müdafiə nazirliyi İl-20 təyyarəsinin Suriyada vurulma anını əks etdirən 3D videonu yayıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov xronologiyanın radiolokasiya qurğularından əldə olunan məlumatlar əsasında tərtib edildiyini bildirib.

O qeyd edib ki, sentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsi İdlib bölgəsindəki vəziyyətə nəzarəti həyata keçirib. Eyni zamanda dörd F-16 qırıcısından ibarət qrup Suriyaya zərbə endirmək üçün İsraildən havaya qalxıb.

İsrail qırıcıları Suriyanın sənaye obyektlərinə zərbə endirdikdən sonra Rusiya təyyarəsi bazaya dönmək əmrini alıb. Lakin raketlə vurularaq dənizə düşüb.

AzNews.az