Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb. Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb.

Maduronu öldürmək istəyən daha 3 nəfər saxlanıldı

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges mətbuat konfransı zamanı bildirib.

X.Rodriges deyib: "Sentybarın 22-i səhər saatlarında Venesuelanın təhləkəsizlik orqanları tərəfindən sui-qəsddə bilavasitə iştirak edən Morfey ləqəbli Xenribet Emmanuel Rivas, onun həyat yoldaşı Lisbet Esposito və istefada olan polkovnik Ramon Santyaqo Velasko Qarsiya saxlanılıb".

Venesuelanın xəbərlər agentliyinin məlumatına əsasən, Morfey sui-qəsdin əsas təşkilatçılarından biri hesab edilir.

Nazir əlavə edib ki, istintaqın sərəncamında müxalifətçi deputat Xulio Borxesin baş verənlərlə əlaqəsi olduğunu göstərən "çoxsaylı sübutlar" var.

AzNews.az