Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Ağsaqqallar Şurasına bu saatlara qədər növbədənkənar seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb (nəticələr 475 seçki məntəqəsinin hamısından dərc olunub). Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Ağsaqqallar Şurasına bu saatlara qədər növbədənkənar seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb (nəticələr 475 seçki məntəqəsinin hamısından dərc olunub).

Paşinyanın adamı Yerevan meri seçildi

Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Ağsaqqallar Şurasına bu saatlara qədər növbədənkənar seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb (nəticələr 475 seçki məntəqəsinin hamısından dərc olunub).

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçkiləri baş nazir Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım" bloku qazanıb. Ona seçicilərin (294109) 81,06% -i səs verib.

İkinci yeri "Çiçəklənən Ermənistan" partiyası 6,95% (25219) qazanıb. Üçüncü mövqedə 4,99% (18112) nəticə ilə "İşıq" alyansı qərarlaşıb.

Bu indiki baş nazir Nikol Pashinianın hakimiyyətə gəlməsindən sonra ölkədə keçirilən ilk seçkidir.

Seçkidə 12 partiya və seçkiqabağı blok mübarizə aparır.

Seçkidə səslərin yarıdan çoxunu toplayan siyasi qüvvənin namizədi birbaşa Yerevan meri olmalıdır.

AzNews.az