Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətli ilə bağlı yeni faktlar üzə çıxıb. Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətli ilə bağlı yeni faktlar üzə çıxıb.

Səfirin qətli ilə bağlı yeni fakt - Foto

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətli ilə bağlı yeni faktlar üzə çıxıb.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, səfirin qətlində təqsirləndirilmiş Mövlud Mərd Altıntaşın hadisədən 10 saat 16 dəqiqə əvvəl xəstəxanaya getdiyi və bir günlük tibbi arayış aldığı bildirilir.

Görüntüdən məlum olur ki, Altıntaş 2016-cı ilin 19 dekabrında, saat 08:29-da xəstəxanaya gedərək, 10 dəqiqəlik müayinədən keçib.

Arayışı vermiş həkimin dediyinə görə, Altıntaş bağırsaq probleminin olduğunu deyib. Həkim də ona dərman yazaraq, bir günlük istirahət etmək üçün arayış verib.

Altıntaşın kompüterinə baxış zamanı müayinədən əvvəl internetdə ishalla bağlı axtarış verildiyi aşkarlanıb.

İstintaq Altıntaşın tibbi arayış almaqda məqsədinin qətl günü başqa işlə məşğul olmaq istəməməyi və heç kimin şübhəsini çəkməmək üçün “evində istirahət edir” görüntüsü yaratmağa çalışdığını ehtimal edir.

Qeyd edək ki, keçmiş səfir Andrey Karlov Mövlud Mərd Altıntaş tərəfindən 19 dekabr 2016-cı ildə Ankaradakı sərgi zamanı öldürülmüşdü.

Nurlan AĞA
AzNews.az

image description